"Qarabağ" - "Qəbələ" matçından sonra qanlı olay

  • 01.05.2019
  • 0

Bu gün futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.


Sportfm.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında "Qarabağ" "Qəbələ"ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən "Qəbələ" səfərdə vurduğu qolun üstünlüyü ilə 4-cü dəfə ölkə kubokunda finala vəsiqə qazanıb. 


Təəssüflər olsun ki, qarşılaşmadan sonra xoşagəlməz hadisələr yaşanıb. Belə ki, saytımızın əməkdaşı Tofiq Bəhramov adına Respublika stadionunun çıxışında bir qrup "Qarabağ" fanatının "Qəbələ" azarkeşinə hücum etməsinə şahidlik edib. Əlində "Qəbələ"nin forması olan gənc azarkeşin çılğınca sevinməsinə dözə bilməyən Ağdam klubunun azarkeşləri onun üzərinə hücum edərək döyməyə başlayıb. Polis gənci "Qarabağ" fanatlarının əlindən güclə alıb. Qanlar içində yerdə qalan "Qəbələ"li polislərin müşayiəti ilə hadisə yerindən uzaqlaşdırılıb. 

Nə düşünürsən?