Mehriban Əliyeva 12 yaşlı qıza kömək etdi

  • 27.04.2019
  • 0

Bir müddət əvvəl 12 yaşlı Leyla Nəsibova məhkəmə qərarı əsasında ailəsi ilə birlikdə evdən çıxarılmamasına kömək edilməsi üçün sosial şəbəkə vasitəsilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etmişdi.

Mehriban Əliyeva onun müraciətinə müsbət cavab verib. Belə ki, ilkin mərhələdə köməklik göstərilib, balaca Leyla və ailəsi evdən çıxarılmayıb. 

Bununla bağlı Leyla Nəsibova video-müraciət yayaraq, göstərdiyi köməyə görə Birinci vitse-prezidentə təşəkkür edib. 

12 yaşlı Leyla, həmçinin bildirib ki, video-müraciətdən sonra Heydər Əliyev Fondunun təsis etdiyi "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) nümayəndələri onunla görüşüb və ailəsinin problemləri ilə yaxından maraqlanıblar. 
 

Nə düşünürsən?