Olimpiya çempionu müsahibə vaxtı huşunu itirdi

  • 27.04.2019
  • 0

Voleybolçu qadınlar arasında ikiqat olimpiya çempionu Jaklin Karvalyu Braziliya Superliqası matçı zamanı müsahibə verərkən huşunu itirib. 

36 yaşlı idmançı "SESI San-Paolo" və "EMS Taubate" komandaları arasında görüşün gedişində jurnalistlərə müsahibə verərkən gözlənilmədən gözlərini yumub və yıxılmağa başlayıb. Onu operator və müxbir tutub. Hadisə yerinə dərhal meydan sahiblərinin həkimi özünü çatdırıb. Həkim bildirib ki, voleybolçu zaldakı isti nəticəsində qan təzyiqinin kəskin enməsi səbəbindən huşunu itirib.  

Qeyd edək ki, Jaklin Karvalyu Braziliya millisinin heyətində 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi olub. Onun aktivində dünya çempionatlarının iki gümüş medalı da var. 

Nə düşünürsən?