Загрузка...

Məşhur "qanuni oğru" ilə bağlı şok sözlər: "Təsadüfən Lənkəranski ilə şəkil çəkdirib..."

26.04.2019 | 62 | 0


Sui-qəsdə uğraması ilə bağlı xəbəri yayılan kriminal avtoritet "Şeyx Hamzat"dan yeni xəbər var.


Kriminal dairələrdən adının açıqlanmasını istəməyən şəxsin verdiyi məlumata görə, son bir neçə ayda Hamzat Qastamirova qarşı heç bir sui-qəsd olmayıb. Bildirilir ki, o, hal-hazırda salamatdır: "Hamzat şoumendir. Onu bu aləmdə sevən yoxdur. O, özünü Rövşən Lənkəranskinin dostu adlandırır. Amma onlar arasında heç bir dostluqdan söhbət gedə bilməzdi. Sadəcə, təsadüf nəticəsində bir dəfə şəkil çəkdiriblər. Hamzat da bu şəkildən istifadə edir"


Hamzatın hazırda Almaniyada yaşadığı bildirilir. 


Kriminal dairədən olan mənbə onu bildirir ki, "Şeyx Hamzat"ın özünü "qanuni oğru" adlandırsa da, onun belə bir statusu yoxdur. O, özünü "Lotu Quli" ilə düşmən hesab edir.


Ancaq "Lotu Quli"nin tərəfdarları onu ciddi rəqib hesab etmirlər. Kriminal dairədən olan şəxsin dediyinə görə, Hamzat daha çox şoumendir və bir sıra intiriqalara yol açır. Onun bu cür davranışları oğru dünyasının qanunlarına ziddir.


N. Akberov


Nə düşünürsən?