Onun pərdəsi də var, “peredoku” da: yolun ortasında dönə bilər

  • 24.04.2019
  • 0

Xırdalan-Binəqədi şosesində (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı) yol hərəkəti, eləcə də avtomobilin istismarı qaydalarını kobud şəkildə pozan avtomobil kameraya düşüb. Avtosfer.az xəbər verir ki, üzərində “taksi” nişanlı olan, 90 XU 119 dövlət nömrə nişanlı, VAZ 21 07 markalı avtomobilin sürücüsü düz xəttin tələbini pozaraq geriyə dönmə edir. Bu zaman avtomobillərin sıx hərəkətdə olduğu ərazidə, həm də yol dar olduğu üçün birbaşa dönmə edə bilmir. Avtomobili bir neçə dəfə dala-qabağa verərək tıxac da yaradır.

Qeyd edək ki, avtomobilin sürücüsü artıq may ayının 1-ni özü üçün elan edərək pərdədən istifadə edir. Həmçinin avtomobilin arxa yayalarını kəsdirib, ön tərəfini qaldırıb.

Nə düşünürsən?