Kamal Kılıçdaroğludan sonra Levent Gökün də görüntüləri yayıldı

  • 22.04.2019
  • 0

Dünən Ankarada şəhid hərbçinin dəfn mərasiminə qatılan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun hücuma məruz qalması videosundan sonra yeni video da ortaya çıxıb.

Cebhe.info türk mediasına istinadən xəbər verir ki, görüntülərdə CHP-nin Məclis sədrinin vəkili və Ankaranın millət vəkili Levent Gökün də hücuma məruz qaldığı açıq-aydın görünür.

Xatırladaq ki, bu barədə CHP lideri jurnalistlərə açıqlama verərək deyib:

“Hücum planlı idi və təhlükəsizlik yetərli deyildi. Düşünürəm ki, bunun məqsədi CHP-liləri küçəyə çıxartmaqdır”.

Nə düşünürsən?