Siyəzəndə mağazalardan oğurluq edən şəxs saxlanılıb

20.04.2019 | 7 | 0

Mağazalardan oğurluq edən şəxs saxlanılıb.


Aprelin 8-dən 14-dək Siyəzən rayonu ərazisindəki 5 mağazadan oğurluq edilib. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər məhkum olunmuş rayon sakini Mais Nəzərov olduğu müəyyən edilib.


İlkin istintaq tədbirləri nəticəsində Mais Nəzərovun mağazalardan ümumi dəyəri 2800 manat olan geyim əşyası və ərzaq məhsulları oğurladığı ortaya çıxıb.


Saxlanılan şəxs oğurluq hadisələrini gecə saatlarında törətdiyini bildirib.


Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Nə düşünürsən?
Yüklənir...