İsrailli nazir: "İrana qarşı bir çox müsəlman ölkələri ilə gizli əlaqədəyik"

  • 20.11.2017
  • 0

İsrailin enerji naziri Yuval Steinitz Səudiyyə Ərəbistanı ilə ölkəsinin İrana qarşı narahatlıq duyduğunu, buna görə "gizli əlaqə saxladığını" deyib. APA TV-nin məlumatına görə, nazir bu fikri İsrail ordu radiosuna bildirib. "Bir çox müsəlman və ərəb ölkəsi ilə qismən gizli əlaqələrimiz var və biz əlaqədən, ümumiyyətlə, utanmırıq. Bu əlaqələrin gizli saxlanmasını istəyən qarşı tərəflərdir. Bizim üçün problem deyil, ancaq qarşı tərəfin istəyinə hörmətlə yanaşırıq. Buna görə gizli saxlayırıq" - deyə nazir qeyd edib.

Nə düşünürsən?