Bakıda mağazadan oğurluq anı anbaan kamerada

  • 20.04.2019
  • 0

Bakı şəhərində oğurluq hadisəsi baş verib. Bax.tv xəbər verir ki, görüntülər bu ayın 10-da təhlükəsizlik kameralarına düşüb. Belə ki, Badamdart maşın bazarında yerləşən aksessuar dükanına daxil olan qadın və kişi satıcının başını qataraq, çirkin əməllərini həyata keçiriblər. Dəyəri 350 manat olan maqnitofon mağazadan oğurlanıb. Həmin anlar anbaan təhlükəsizlik kameralarının yaddaşına həkk olub.

Nə düşünürsən?