"Oğullarım kimi istəsə, onu da alacam": İzzətdən sərt sözlər

  • 19.04.2019
  • 0

"Övladlarımın müğənni olmasının əleyhinəyəm, istəmirəm... Bəzi şeylər var ki, qarşısını almaq olmur. Çalışacam ki, bu sənətə gəlməsinlər. İstəyirəm başqa peşənin sahibi olsunlar. Həkimliyi çox sevirəm. İstəyirəm övladlarım həkim olsunlar".

AzNews.az-ın məlumatına görə, bu sözləri müğənni İzzət Bağırov "Şou news" verilişinə açıqlamasında deyib. Sənətçi bildirib ki, övladlarının şou-biznesə qatılmasını istəmir.

İzzət "Övladıma müğənni qız almaram" deyən sənət dostlarına da cavab verib:

"Kimi istəyəcəklərsə, onu da alacam. Əlini kimə uzatsa, gedib alacam. Əsas odur nəsli təmiz, düzgün əqidəli olsun. Ay şou-biznesdəndir, sənətdədir, mənə önəmli deyil.

Bu sözü deyənlər, məncə işin çətinliyini nəzərə alır. Ağır, keşməkeşli sənətdir. Özüm də İzzət Bağırov olmaq üçün iynə ilə gor qazmışam".

Nə düşünürsən?