Sahələrdə ziyanvericilərə qarşı yeni mübarizə üsulu tətbiq edilir

  • 18.04.2019
  • 0

Azərbaycanda kənd təsərrüfatı sahələrində ziyanvericilərə qarşı yeni mübarizə üsulu tətbiq edilir.

Xezerxeber.az-ın məlumatına görə, bioloji mübarizə adlandırılan bu üsulda əkinə ziyan vuran canlılar başqa canlılar vasitəsilə məhv edilir. Göstərilən mübarizə üsullarının hər biri zərərvericilərlə mübarizədə həm qarşısıalıcı, həm də qırıcı tədbirlər məqsədini güdür.

Bioloji mübarizə üsulunun digər mübarizə üsulu ilə müqayisə üstün cəhətləri var.

Abşeron rayonlararası bioloji laboratoriyasının direktoru Mehrəli Mehrəliyev deyir ki, bioloji mübarizədə əksər hallarda zərərverici hələ bitkini zədələməmişdən əvvəl onu məhv edir. Bu bioloji laboratoriya hələ 2015-ci ildə pambıq sovkasının yumurtasına qarşı İmişli rayonunda trixoqramma ilə bioloji mübarizə aparıb. Ölkə ərazisində gələcəkdə bioloji mübarizə üsulunun geniş miqyasda tətbiqinə başlanacaq.

Nə düşünürsən?