Ötən il real sektora 9.9 milyard manat vəsait qoyulub

  • 18.04.2019
  • 0

Azərbaycanda ötən il iqtisadiyyatın real sektoruna dövlət büdcəsindən 9.9 milyard manat vəsait qoyulub. Müxtəlif sahələri əhatə edən bu xərclərin əsas məqsədi iqtisadi hədəflərə çatmaq və sürətli inkişafı təmin etməkdir.

Xezerxeber.az-ın məlumatına görə, Hesablama Palatasının təhlillərinə əsasən ötən il real sektora qoyulan vəsait, bir il öncə qoyulandan 3.9 milyard manat və ya 65 % çox olub. Hesablama Palatasının iqtisadi sahələrinin audit şöbəsinin aqrar, ekologiya, yanacaq-enerji sahələrinin auditi sektorunun müdiri Siyavuş Mustafayev bu vəsaitin əsasən hansı sahələrə qoyulduğunu açıqlayıb.

Ötən il dövlət büdcəsindən investisya xərcləri üçün 5,1 milyard manat vəsait yönəldilib ki, bu da 2017 ci ildən 2,4 milyard manat çoxdur. İnvestisiya xərcələrinin isə böyük bir hissəsi, yəni 3,6 milyardı infrastruktur layihələrinə sərf edilib.

Hesablama Palatasının sektor müdiri Siyavuş Mustafayev bildirir ki, real sektora qoyulan xərclər artdıqca icbari yığımlar da artır. Amma ökəmizin buradakı əsas məqsədi yığım deyil, iqtisadi hədəflərə çatmaqdır.

Ötən il ərzində dövlət büdcəsindən real sektora qoyulan investisiyalar onu deməyə əsas verir ki, bu və bundan sonrakı illərdə də həm büdcəyə daxil olmalar artacaq, həm də daha böyük yatırım edilməsinə şərait yaranacaq.

Nə düşünürsən?