Taksi sürücüsü tələbə qızın başına oyun açdı

  • 18.04.2019
  • 0

Ötən gün "Səni axtarıram" verilişinə 20 yaşlı qız müraciət edib.

AzNews.az xəbər verir ki, taksi sürücüsü ilə tanış olan gənc qız ona aşiq olduğunu, daha sonra isə qoşulub qaçdığını bildirib. Lakin qız oğlanın ona işgəncə verdiyini söyləyib:

"O, taksi sürücüsünü atam məni hər gün universitetə aparıb-gətirmək üçün tutmuşdu. Sürücünün 28 yaşı var idi. Bir-birimizi sevdik. Mən ona qoşulub qaçdım. Heç iki gün keçməmiş məni döyməyə, başımı divara çırpmağa başladı. Ailəmlə danışmağa qoymur, onlardan külli miqdarda pul istəməyimi tələb edir. Pulu almadıqda məni döyür".

Nə düşünürsən?