İsveç çempionatında əvəzetmə zamanı kuryoz hadisə baş verib

  • 18.04.2019
  • 0

Futbol üzrə İsveç çempionatının I Divizionunda kuryoz hadisə baş verib.

“Report” “Metro Sport”a istinadən xəbər verir ki, III turun “Ester”lə səfər matçının 83-cü dəqiqəsində “Degerfors”un müdafiəçisi Matias Ezqun hücumçu Aleks Lindalı əvəzləyən zaman xoşagəlməz halla üzləşib.

Komanda yoldaşının əli onun gözünə tuş gəldiyi üçün Ezqun oyuna qoşula bilməyib və təkrar əvəzetmə istəyib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Nə düşünürsən?