"Protiv" gedən, qırmızı işıqda keçən "Niva"

  • 18.04.2019
  • 0

Bakıda Elşən Süleymanov küçəsində 90 XU 085 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobilin sürücüsü ardıcıl olaraq iki dəfə qaydaları pozub. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Belə ki, sözügedən nəqliyyat vasitəsinin sürücüsü ilk olaraq hərəkətin tam əksinə çıxaraq avtomobili idarə edir, sonra isə nizamlanan yol ayrıcında işıqforun qadağanedici siqnalına məhəl qoymadan hərəkətini davam etdirir.

Qeyd etmək istərdik ki, son zamanlar “Niva” markalı avtomobillərin bu tip qayda pozuntuları artmaqdadır. Dövlət Yol Polisinin də bu cür sürücülər barəsində ciddi tədbirlər görməsi də danılmaz həqiqətdir. Əminik ki, bu sürücü barəsində də  DYP lazimi ölçü götürəcək.

Nə düşünürsən?