`Qalatasaray` klubu üsyan etdi: "Texnologiya var ədalət yoxdur"

  • 17.04.2019
  • 0

Türkiyənin "Qalatasaray" Video Köməkçi Hakim (VAR) sistemi ilə bağlı yeni video yayımlayıb. Turun son oyununda "Fənərbaxça" klubu ilə qarşılaşan "Qalatasaray" klubu hakimin kobud xətaları ilə bağlı çarx hazırlayıb.

Sarı-qırmızılı klub, "Twitter" hesabından "Texnologiya VAR ədalət YOXDUR"! - başlıqlı videoda hakimin xətalarını bariz şəkildə göstərib.

Videoda "Qalatasaray"ın Super kubokda "Akhisarspor" ilə keçirdiyi matçla yanaşı liqada "Trabzonspor", "Kasımpaşa", "Başakşehir", "Erzurumspor", "Evkur Yeni Malatyaspor", "Atiker Konyaspor", "Çaykur Rizespor" və "Fənərbaxça" ilə oynanan iki derbi qarşılaşmasındakı hakim qərarlarının görüntülərinə yer verilib.

Qeyd edək ki, Türkiyə super liqasında turun son oyununda "Fənərbaxça" klubu ilə qarşılaşan "Qalatasaray" hakimin verdiyi səhv qərarlar nəticəsində 1-1 bərabərə qalmışdı./Faktxəbər

Nə düşünürsən?