Həkimdən iyrənc əməl: 200 qadının hamilə qalmasının sirri…

  • 17.04.2019
  • 0

DNT analizi holland həkim Jan Karbaatın süni mayalanma ilə ən azı 49 uşağın atası olduğunu təsdiqləyib.


Həkim süni mayalanma ilə hamilə qalmaq istəyən qadınlar üçün öz bioloji materiallarından istifadə edib.


Karbaatın bioloji övladlarından biri 39 yaşlı Joy Hoofmanın anasını da gizli şəkildə öz sperması ilə təmin edib.


Beləliklə, həkim gizlicə onlarla qadını hamilə qoyub və çoxlu sayda uşağın atası olub.


Ekspertlər hesab edirlər ki, həkim 200 bioloji uşağa sahib ola bilər. Karbaatın bioloji atası olduğundan şübhələnən insanlar Hollandiya Donor Uşaq Fonduna müraciət edirlər. Onların bəziləri, o cümlədən Hoofman həkimin ailəsindən təzminat tələb edir.


Rotterdamda yerləşən Karbaat klinikası 2007-ci ildə yanlış idarəetmə və sənədləşmə problemlərinə görə, Hollandiyanın səlahiyyətli orqanları tərəfindən bağlanıb.


2017-ci ildə isə həkim 89 yaşında vəfat edib./teleqraf

Nə düşünürsən?