Qubada fermerə məxsus bağa ziyan vurulub

  • 17.04.2019
  • 0

Qubanın Zərdabi qəsəbəsində naməlum şəxslər Etibar Mehbalıyevə məxsus bağda 200-dən çox meyvə ağacını kəsərək tələf ediblər.

Hadisə aprelin 11-dən 12-nə keçən gecə baş verib. Axşam bağdan evə gedən təsərrüfatçı səhər gələndə ağaclarının kökündən kəsilərək məhv edildiyinin şahidi olub.

Bağ sahibi kəsilən 211 ədəd şaftalı ağacının əksəriyyətinin 3-4 illik olduğunu bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinə müraciət olunub.

Nə düşünürsən?