Azərbaycanda sosial müavinətlər artırıldı

16.04.2019 | 22 | 0

Prezident İlham Əliyevin ötən gün imzladığı sərəncam və fərmanlarla ölkəmizdə 9 növ sosial müavinətin, 2 növ təqaüdün məbləği artırılıb və eyni zamanda, sosial qayğıya ehtiyacı olan əhalinin kateqoriyasını genişləndirmək üçün yeni müavinətlər yaradılıb.

Xezerxeber.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdir müavini Babək Hüseynov deyib kİ, artımların təmin edilməsi məqsədilə hər il dövlət büdcəsindən əlavə 400 milyon manat ayrılacaq.

Bundan başqa, müharibə veteranları üçün yeni təqaüd də tətbiq edilib. Odur ki, müavinət alan, hətta əmək pensiyası alsa belə, 80 manatlıq bu ödənişi də ala biləcək.

Müavinət və təqaüdünə artım edilən şəxslərin hər hansı dövlət qurumuna müraciət etməsinə ehtiyac yoxdur. Onlar bu ay ödənişi artımla bir yerdə ala biləcəklər.

Nə düşünürsən?
Loading...