Bakıda zəncirvari qəzanın görüntüsü

  • 16.04.2019
  • 0

Ziya Bünyadov prospektinın Nərimanov rayonu ərazisinə düşən hissəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.


ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Hyundai" markalı avtomobilin sürücüsü tuneldən çıxarkən qəfil əyləcdən istifadə edib.


Daha sonra arxadan gələn "Mercedes", "Daewoo", "Kia", "Toyota" avtomobilləri ard-arda bir birinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da 3 avtomobil deformasiyaya uğrayıb.


Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar prospektin Qələbə dairəsindən Ayna Sultanova heykəli istiqamətində tıxac yaranıb.


Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.


Avtomobillər cərimə meydançasına yerləşdirilib.