Yol polisi xidməti maşınla qaydaları belə pozdu

  • 15.04.2019
  • 0

13 aprel tarixində, Babək prospektində ardıcıl kobud qayda pozan DYP əməkdaşının videosu vətəndaşlardan biri tərəfindən görüntülənib. Avtosfsr.az xəbər verir ki,  99 YP 374 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan DYP əməkdaşı  ən sol zolaqdan sağ zolağa yerdəyişmə edərkən 1.1 xəttinin tələbini pozur.

Dha sonra üzrə hərəkət nişanının tələbini pozaraq yalnız geriyə dönməyə icazə verilən zolaqdan düzünə hərəkəti davam etdirir. Bütün bunları edərkən də səs siqnalından və sayrışan işıqlardan istifadə etmir.

Nə düşünürsən?