Bu şəxsin sayəsində 2 milyon yarım insan ölümdən qurtulub

  • 15.04.2019
  • 0

O, 14 yaşında ağır xəstəlik keçirdir. Ağciyərinin biri əməliyyatla götürülür. Avstraliyalı Ceyms Harrison 3 ay ərzidə xəstəxada qalır. Bu müddət ərzində qanvermənin əhəmiyyətini daha yaxşı anlayır.

XəzərXəbər xəbər verir ki, Harrison 18 yaşından etibarən qan verməyə başlayıb. Həmin illərdə isə tibb dünyası körpələrdəki qan uyumsuzluğuna çarə axtarırdı. Qan bankında aparılan araşdırmadan sonra Ceymsin qanında körpə ölümünün qarşısını ala bilən antikor tapılır. Anasının qan qrupu müsbət, özü isə mənfi qan qrupuna sahib olan körpələrin ölümləri Ceyms sayəsində dayanır.

Bu günədək Harrison 2,4 milyon körpənin həyatını qurtarıb. Ötən il 81 yaşını qeyd edən Harrisonun son 173-cu qan verməsindən sonra klinikada təsirli anlar yaşandı. Hələ 2003-cü ildə Ginnesin rekordları kitabına daxil olan Ceymsin yerini tuta biləcək 200 dünya sakini var.

Nə düşünürsən?