Assancın səfirlikdəki həyatı

15.04.2019 | 34 | 0

İspaniyanın “El Pais” qəzeti Ekvador səfirliyinin divarları arasında skeyt sürən “Vikiliks”in yaradıcısı Culian Assanjın videogörüntülərini yayıb.

Axar.az-ın Oxu.az-a istinadən məlumatına görə, görüntülər Ekvadorun Londondakı səfirliyində lentə alıb. Julian Assanj burda sığınacaq aldıqdan sonra 7 il yaşamışdı.

Səfirlikdə çalışan əməkdaşlar qəzetə bildiriblər ki, jurnalist özünün eksentrik davranışı ilə hər kəsi bezdirib.

“O duş aldıqdan və tualetə getdikdən sonra təmziliyə riayət etmir, tez- tez səfirlik əməkdaşları və mühafizəçilərlə dava edirdi. Assanj səfirlik binasının dəhlizlərində skeybord sürərək və ya top qovalayaraq vaxt keçirirdi”, - deyə səfirlikdən bildirilib.

Xatırladaq ki, aprelin 11-də Ekvador səfirliyi uzun illər diplomatik nümayəndəliyə sığınmış Assancı London hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verib. Onun həbsinə əsas 2012-ci ildə girov müqabilində azad olunma ilə bağlı şərtləri pozması olub.

Nə düşünürsən?
Loading...