Azərbaycanın daha bir həlak olan hərbçisi bu gün dəfn edilir

  • 14.04.2019
  • 0

Mart ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb. O, Qazax rayonu Yuxarı Salahlı kəndinin sakinidir. BiG.AZ Sputnik Azərbaycan-a istinadən xəbər veri ki, onun cənazəsi bu gün səhər saatlarında doğulduğu kəndə aparılıb. Abdullayevin hazırda kənd qəbiristanlığında dəfn mərasimidir.

Nə düşünürsən?