Azərbaycanlı məşhur meyxanaçının həbsxana həyatı -İllərdir gizli qalan faktlar

  • 14.04.2019
  • 0

"Bu meyxanə belə şeydi ki, bunun ustadı yoxdur, yəni ki, insanın özündən asılıdır, əgər sənin bacarığın varsa-deyəcəksən, bacarığın yoxdursa lap 50 il sənə bir ustad dərs versin xeyri yoxdur. Bu tamam ALLAHIN vergisidir, varsa səndə var, yoxdursa insanlar sənə kömək eləyə bilməz." - ANS TV-yə verdiyi müsahibəsindən.

Nəhayət, bir gün tanınmış meyxanaçı subaylığın daşını atmaq qərarına gəlir. Əmisi qızını istəyən Məşədibaba onunla nişanlanır. Toylarına çox az qalmış meyxanaçı həbs olunur. 11 fevral 1994-cü ildə O, yaxın dostu meyxanaçı Elçin Atakişiyevilə aralarında yaranan münaqişə zamanı ona bıçağla xəsarət yetirir. Elçin xəstəxanaya gec çatdırıldığı üçün normadan artığ qan itirərək dünyasını dəyişmişdir. 6 il dəmir barmaqlıqlar arasında qalan Məşədibaba 2000-ci ildə həbsdən azad olunur. Əsərlərinin çoxunu həbsdə olarkən yazıb. 2000-ci ildə ailə heyatı qurub, Bir il sonra isə onların Mircəlal adlı övladları dünyaya gəlir. Bir müddət sonra bu xoşbəxt ailə arasında soyuqluq yaranmağa başlayır. Buna da səbəb içki olur. İçkiyə qurşanan Məşədibaba ailəsini unudur və 9 il sonra ailə dağılır. Həyat yoldaşı və uşağı evdən çıxıb gedirlər.