Nazirlərin görüşü keçirildi

13.04.2019 | 15 | 0

Politoloq Rasim Musəbəyov: "Deməzdim ki, mənim böyük ümidlərim var"

Martın 28-də Vyanada Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş oldu.

Görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında müzakirə etdilər. Ən əsası növbəti görüş üçün razılıq əldə olundu, sonra vaxt açıqlandı ki, görüş aprelin 15 –də olacaq.

Növbəti hansı nəticələr verə bilər, nə gözləmək olar sualına REAL TV üçün Politoloq Rasim Musabəyov cavab verdi: "Yeri gəlmişkən yaxınlarda Moskva şəhərində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş olub. Regional siyasətlə bağlı müzakirə aparılıb. 15 aprel nazirlərin görüşünə qədər isə, Ermənistanın Baş naziri Nikol Paşinyan, Müdafiə naziri David Tonoyan, və Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın ferqli bəyənatlarla çıxış edirlər. Fərqlərə diqqət edin".

Ilk olaraq Ermənistan Baş naziri Nikol Paşinyan _"Danışıqlar bir-birini dinləmək üçündür. Tərəf müqabillərimiz mövqemizi həddən çox sərt hesab etsələr, biz mövqemizi yumşalda bilərik. Lakin onlardan da belə hərəkət gözləyirik, çünki əks təqdirdə söhbət baş tutmaz"

“Ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” - bunu Ermənistanın Müdafiə Naziri David Tonoyan deyib.

Aprelin 15 də Azərbaycan Baş naziri ilə görüşəcək Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan " biz bir-birimizə hörmət etməliyik, görüşlərdə əsas budur, Ermənistan da, Azərbaycan tərəfi də, həmsədrlər də görüşü sinxron şəkildə elan edirlər. "

Bu müqayisələr fonunda isə Azərbaycan Xarici İşlər naziri Mətbuat Xidməti rəhbəri Leyla Abdullayevanın da 15 aprel Ermənistan Azərbaycan Xarici İşlər nazirlərinin görüşü ilə bağlı fikirləri var. 

O, fikirlərini REAL-a deyib.

 Leyla Abdullayeva: "Xatırladaq ki, 15 apreldə Ermənistan Azərbaycan Xarici İşlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı görüşü olacaq".

Nə düşünürsən?
Loading...