Şpaqaçımız DÇ-də medal qazanıb tarixə düşdü

  • 13.04.2019
  • 0

Şpaqaçımız Ruslan Həsənov Polşanın Toruny şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya çempionatında (DÇ) bürünc medal qazanıb.

Oxu.Az xəbər verir ki, qrup mərhələsində keçirdiyi altı görüşü qalib başa vuran Ruslan Həsənov mütləq nəticə ilə pley-offa yüksəlib. 

Həsənov pley-offda ilk olaraq Dimitrios Markisi (Yunanıstan) 15:6, Adam Maçkanı (Rumıniya) 15:10 və Rendi Postmanı (Niderland) 15:8 hesabları ilə məğlub edib. O, 1/8 finalda Stanislav Qalperə (İsrail) 15:13 və 1/4 finalda David Naciyə (Macarıstan) 15:11 hesabı ilə qalib gəlib. 

Bununla da o, yarımfinala yüksəlməklə müstəqillik tariximizdə ilk dəfə gənclərin dünya birinciliyində mükafatçılar sırasında yer almağı bacaran qılıncoynadan kimi tarixə düşüb.

Şpaqaçımız yarımfinalda sonradan dünya çempionu olan Artur Filipə (Fransa) 7:15 hesabı ilə uduzub və bürünc medalla kifayətlənib.

Nə düşünürsən?