Zaqatalada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var

  • 13.04.2019
  • 0

Zaqatalada minik avtomobili ağaca çırpılıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kəpənəkçi-Qandax avtomobil yolunda baş verib.

Rayonun Kəpənəkçi kənd  sakini, 1987-ci il təvəllüdlü Mehdiyev Ramil Nəsrəddin oğlu idarə etdiyi “VAZ 21011” markalı 62-BM-933 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən avtomobili yolun kənarındakı ağaca çırpıb.

Qəzadan sonra sürücü R. Mehdiyev aldığı müxtəlif dərəcəli ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, sürücü R. Mehdiyevin həmkəndliləri- 1988-ci il təvəllüdlü Kərimov Ramin Abdulla oğlu və 2001-ci il təvəllüdlü Hacıyev Camal Əlixan oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Tibb müəssisəsindən ONA-ya bildirlib ki, yaralıların müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Sükan arxasında sıxılmış vəziyyətdə qalan sürcü R.Mehdiyevin meyiti  əraziyə cəlb edilmiş FHN-in Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasedicilri tərəfindən avtomaşından çıxarılaraq aidiyyəti üzrə Zaqatala RMX-nın Təcili Tibbi Yardım şöbəsinin əməkdaşlarına təhvil verilib.

Qeyd edək ki, qəza gecə saat 02 radələrində baş verib. Qəzaya düşən şəxslər sərxoş vəziyyətdə olublar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Nə düşünürsən?