Bakıda bahalı maşın qəza törətdi:yaralılar var

  • 13.04.2019
  • 0

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın verdiyi xəbərə görə, avtoqəza Şərifzadə və Ə.Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.

Ə.Əhmədov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan "Hyundai Tucson" markalı minik maşını işıqforun qırmızı işığında yol ayrıcına daxil olub və "Range Rover", eləcə də digər "Hyundai" markalı avtomobillə toqquşub. Avtomobil sonda yol nişanına dəydikdən sonra dayanıb.

Avtoqəza nəticəsində "Hyundai Tucson"da olan sərnişin xəsarət alıb. Avtomobilin sürücüsü isə ərazidən yayınıb.

Yol qəzası ilə bağlı araşdırmalara başlanılıb, hadisəni törədən sürücünün kimliyi dəqiqləşdirilir.

Nə düşünürsən?