Roma Papası bu şəxslərin ayağını öpdü

  • 13.04.2019
  • 0

Dünya xristianlarının lideri sayılan Roma Papası Fransis Vatikanda Cənubi Sudandan gələn rəsmilərin ayağını öpüb.

Femida.az xəbər verir ki, Papa onları ölkələrində baş verən böhranın yenidən vətəndaş müharibəsinə çevrilməməsi üçün sülhə çağırıb.


O, ölkələrində sülhün davam etməsi üçün heyətdəki liderlərin ayağını öpüb.


Cənubi Sudanın prezidenti Salva Kiir Mayardit və müxalifət liderləri Papanı ziyarət ediblər. 82 yaşlı din xadimi əyilərək onların ayağından öpüb.