Bakı-Sumqayıt yolunda avtomobil betona çırpılıb, xəsarət alan var

  • 13.04.2019
  • 0

Bakı-Sumqayıt şossesində avtomobil yol ayrıcına çırpılıb.

Yol-nəqliyyat hadisəsi şossenin Binəqədi rayonunun ərazisinə düşən hissəsində baş verib.

İlkin Lətifovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinin təkəri qəfildən partlayıb. Avtomobil idarəetmədən çıxaraq yolayırıcı betona çırpılıb. Nəticədə avtomobildə olan qadın sərnişin kəllə beyin travması alıb. O, xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır. (ONA)

Nə düşünürsən?