Abşeronda doğuş zamanı faciə yaşandı

12.04.2019 | 26 | 0

Abşeronda yeni doğulan körpə ölüb.

Bu barədə uşağı dünyaya gətirən qadının bacısı, Abşeron rayon sakini Çinarə Çələbiyeva məlumat verib.

Onun sözlərinə görə, hadisə aprelin 11-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının Mamalıq-Ginekologiya Şöbəsində baş verib.

Ç.Çələbiyeva iddia edib ki, həmin gün saat 11 radələrində bacısı Durdanə şöbədə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Onun iddiasına görə, uşaq şöbədə həkimin səhlənkarlığı səbəbindən ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Nə düşünürsən?
Loading...