“Elinanın telefonundan nömrəni çıxarıb votsapı siliblər” - Anası

12.04.2019 | 381 | 0

verilişə telefon bağlantısı ilə qoşulan Elinanın anası Sevil Hüseynova qızının telefonunun gizli şəkildə götürüldüyünü və orada olan bir çox proqramın silindiyini iddia edib:

“Çantasını direktor mənə verib. İçərisində heç nə yox idi. Bir daraq var idi. Dəftər də stolda idi. Uşaq atasına deyib ki, telefonu çantasına qoyub, axtardım yox idi. Xəstəxanada olanda sinif yoldaşına zəng vurdum, ondan sonra telefonu tapıldı. Ancaq içində nömrəsi yox idi, vatsap da pozulmuşdu. 

Bizimlə heç bir problemi olmayıb. Yeməyini yeyirdi, telefonla oynayırdı, arada deyirdim, bizimlə vaxt keçirsin. 

Mən demirəm günahsızam. Uşaq mənə problemini danışmadı. Ona görə də hiss edə bilməmişəm. Uşağı bu məktəbə qoyan zaman problemlər yaşanmışdı, onu şagirdlər qəbul etmirdi. Mən də 3-4  dəfə direktorla bu barədə danışmışam. Axırda şikayətlərimlə onu bezdirdiyimi söyləyib məni göndərdi”. 

S. Hüseynova sosial şəbəkələrdə Elinanı döyməkdə ittiham olunaraq fotoları paylaşılan sözügedən məktəbin 11-ci sinif şagirdi ilə bağlı məsələyə də toxunub:

“Qızım xəstəxanada olanda rəfiqəsi dedi ki, Hüseyn adlı oğlan ona dəhlizdə bir neçə dəfə vurub. Elina qəşəng, sakit qız idi. Bir dəfə hansısa oğlan onun nömrəsini yaymışdı, hətta o oğlanla da danışmışam”.

Nə düşünürsən?
Loading...