Azərbaycanın sərbəst güləş üzrə yığması vətənə dönüb

  • 12.04.2019
  • 0

Buxarestdə Avropa çempionatında 3-cü yer tutmuş Azərbaycanın sərbəst güləş üzrə yığması Bakıya qayıdıb. 

ONA xəbər verir ki, güləşçilər Heydər Əliyev adına hava limanında azarkeşlər və jurnalistlər tərəfindən təmtəraqla qarşılanıb.

 

Qeyd edək ki, yığma komandamız 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ümumilikdə 145 xal toplayıb, komanda hesabında Rusiya (162) və Türkiyədən (156) sonra 3-cü yeri tutub.

Nə düşünürsən?