Elinanın ölümü ilə bağlı ŞOK: “İnşallah sağ qalmaz” deyən şəxs kimdir?

  • 12.04.2019
  • 0

“Videoya diqqətlə qulaq asın! Qızıma “İnşallah sağ qalmaz” deyirlər”.


Oxu24.com -un  məlumatına görə, bunu intihar edən 162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın atası  Ədalət Hacıyev "Xəzər" tv-də yayımlanan "Səni Axtarıram" verilişində deyib.


"Həkim demişdi ki, arxayın olun, hər şey yaxşıdır, sadəcə olaraq çanağında sınıq var. Amma burada müəmma var. Çünki uşağın meyitinə baxanda gördüm ki, elə məktəb geyimindədir. Heç paltarını da dəyişməmişdilər. Elina haqda “İnşallah sağ qalmaz” deyən şəxs kimdir? Həmin şəxsin Elinanın ölümündə nə marağı ola bilər? " – ata xəstəxanada övladına yardım göstərilmədiyi haqda danışarkən söyləyib.