Azərbaycanda un kisəsindən heyvan sümüyü çıxdı

  • 11.04.2019
  • 0

Cəlilabad rayonunda un kisəsindən heyvan sümüyü çıxıb.
Bu barədə "Report"un Muğan bürosuna Şatırlı kənd sakini məlumat verib.
Belə ki, rayon mərkəzindəki mağazalardan birindən alınan 50 kq-lıq əla növ un kisəsindən sümük tapılıb. Bu sümüyün iribuynuzlu heyvanın diz nahiyəsinin bir hissəsi olması məlum olub. Yerli sakin undan istifadə etməyi təhlükəli hesab edib.

Nə düşünürsən?