Evdən 1250 manatlıq qızıl-zinət və bəzək əşyaları oğurlandı

  • 11.04.2019
  • 0

Kürdəmirdə evlərdən qızıl əşyalarını oğurlayan şəxs tutulub. Rayon ərazisində vətəndaşların bank kartlarından pul oğurlayan şəxs də saxlanılıb. Astarada isə magistral yolun kənarından məftil mühafizə çəpərinin dayaqlarınıoğurlayan şəxs saxlanılıb.

Evdən qızıl-zinət və bəzək əşyaları oğurlanıb. Hadisə Kürdəmirdə baş verib.

Rayonsakini Şəbnəm Ələkbərova rayon Polis şöbəsinəmüraciət edərək yaşadığı evdən ona məxsus 1250 manat dəyərində qızıl-zinət və bəzək əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.Polis şübhəli şəxsi saxlayıb.

Şübhəli şəxs saxlanılaraq maddi sübutla birlikdə istintaq bölməsinə təhvil verilib.

Rayon ərazisindətəqaüdçülərin bank kartlarından pul oğurlayan şəxs də tutulub. Rayonunun Mürtülü kənd sakini Qaratel Tağıyeva və həmin kənd sakini Əzizxan Əzizov rayon Polis şöbəsinəmüraciət edərək müxtəlif vaxtlarda özlərinə məxsus plastik kartlardan 200 və 300 manat pullarının naməlum şəxs tərəfindən çıxarılmasını aşkar etdiklərini bildiriblər.Əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində yaşayan əvvəllər məhkum olunmuş 49 yaşlıİlqar Eminovunyaşlı insanları aldadaraq pulları çıxardığı müəyyən olunub.Polis tərəfindən həmin şəxs saxlanılıb.

Astarada isəyeni istifadəyə verilmiş magistral yolun kənarından dayaqları oğurlayan şəxsi tutub.Ələt-Astara magistral yolunun dayanacaq meydançası ətrafında ümumi dəyəri 1206 manat olan60 ədəd məftil mühafizə çəpərinin dayaqlarının oğurlanması ilə bağlı müraciət daxil olub. Polis əməkdaşları oğurluğu törədən rayonun Bala Şahağacı kənd sakini Eyvaz Məcidovu saxlayıb. Onun yaşadığı fərdi yaşayış evinin zirzəmisindən paslanmayan dəmir dayaqlar aşkar edilərək götürülüb.

Nə düşünürsən?