​Sürücülərin nəzərinə: Quba-Xınalıq yolu bağlandı

  • 11.04.2019
  • 0

Quba-Xınalıq yolunda dağdan sürüşən iri qaya parçaları yolu bağlayıb. Nəticədə rayon mərkəzi ilə 8 kəndin əsas yolu bağlanıb. Hadisə yerinə gələnavtomobil yolları dövlət agentliyinin texnikası yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işinə başlayıb. Qaya parçasının uçmasına yağıntının səbəb olduğu bilidirilir.

İri qaya parçasının uçması rayon mərkəzi ilə 8 kəndin yolunu bağlayıb.

Hadisə Qubada baş verib. Günorta saatlarında Quba-Xınalıq yolunda qaya uçaraq yola düşüb. Nəticədə sözügedən yolda avtomobillərin hərəkətihər iki istiqamətdə məhdudlaşıb.

Məlumat daxi olan kimi Avtomobil yolları dövlət agentliyinin əməkdaşları əraziyə gəliblər. Bir neçə ağır texnika və canlı qüvvəyolun açılması üçün işə başlayıblar. İdarənin sahə rəisi Bilal Soltanovun sözlərinə görə, uçquna son günlər yağan yağıntılar səbəb olub.

Texnikanın köməkliyi ilə qaya parçaları yoldan götürülərək hərəkət bərpaedilib...

Nə düşünürsən?