Bura ölüm düşərgəsidir, hər gün...

  • 11.04.2019
  • 0

Suriyanın şimal-şərqində yerləşən Al-Hol düşərgəsində artıq 235 uşaq həlak olub.


"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbəri Viktor Kupçişin bildirib.


"Düşərgədə hər gün 10-dan 20-yə qədər insan ölür. Həmçinin, uşaqlar. Düşərgədə dərmanlar, qida məhsulları və yaşayış üçün digər şərtlərin çatışmazlığına görə son həftə ərzində yeddi uşaq həlak olub. Al-Hol düşərgəsində həlak olan uşaqların ümumi miqdarı 235-ə çatıb”, - Kupçişin deyib.


O, beynəlxalq təşkilatları düşərgədə vəziyyətin yaxşılaşması üçün tədbirlər görməyə çağırıb./publika.az

Nə düşünürsən?