Sumqayıtda "Təmiz hava" aylığı davam edir: 50 sürücü saxlanılıb

11.04.2019 | 11 | 0

Sumqayıtda "Təmiz Hava" aylığı çərçivəsində nəqliyyat vasitələrinə qarşı reyd keçirilib. Avtosfer.az-ın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin keçirdiyi reyd zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər. Tədbirin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

Təhlükəsizlik tədbirləri zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra, sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib və belə sürücülərə cərimə yazılıb. "Təmiz Hava"aylığı çərçivəsində 50 avtomobil saxlanılıb, normadan artıq dəm qazı olan 5 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib. Bundan başqa digər qayda pozan sürücülər barəsində müvafiq qaydada cərimələr tətbiq edilib.

Nə düşünürsən?
Yüklənir...