Rusiyanın iki polisi Ukraynadan sığınacaq istəyib

  • 11.04.2019
  • 0

Bu gün səhər Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına "Qoptovka" buraxılış məntəqəsində Rusiya Federasiyasının iki vətəndaşı siyasi sığınacaq xahişi ilə müraciət edib. FaktXəbər bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Sərhədçilərə müraciət edən ruslar Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Onlar ölkələrində prinsipial mövqeyinə görə nüfuzlu şəxslərin təqibinə məruz qalıblar.

 

Polis əməkdaşlarından biri deyib ki, apteklərdə narkotik maddələrin yayılmasına qarşı mübarizə aparmağa çalışdıqları üçün nüfuzlu şəxslərin təqibinin qurbanı olub.

Nə düşünürsən?