Xalq artistindən sərt sözlər: "Qarderobumu və hamamdakı xalçamı..."

  • 11.04.2019
  • 0

“Azərbaycan müğənniləri arasında bəlkə də ən bahalı maşın sürən mənəm. Amma siz nə vaxtsa görmüsünüz ki, maşınımı reklam edim. Hansısa bir televiziyada görmüsünüz ki, hansısa veriliş gəlib qarderobumu və hamamdakı xalçanı çəksin?”

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev verilişlərin birində qonaq olarkən deyib. O, bildirib ki, indi peşəkar yox, pullu və gözəl olmaq dəbdədir:

“Varlı olmaq, insan olmaq deyil hələ. Yalnız pul ilə dünyanı ölçən əvvəl-axır özü də devalvasiyaya uğrayacaq. Heç kəs mütəxəssis olmaq istəmir. Dərd odur ki, yaxşı müəllim, yaxşı həkim, yaxşı bənna və yaxşı mühəndis olmaq istəmir”.