Göyçayda it dişləyən şəxs 40 gün sonra öldü

11.04.2019 | 29 | 0

Göyçayda it dişləyən şəxs 40 gün sonra vəfat edib.


“Qafqazinfo” xəbər verir ki, Göyçay rayon Yekəxana kənd sakini, 1981-ci il təvəllüdlü Qoşar Quliyevi fevralın 29-u həyətlərində olan it əl barmağından dişləyib.


Yara balaca olduğundan fərqinə varmayan Q. Quliyev həkimə müraciət etməyib. Hadisədən 20 gün sonra mədəsində ağrı olduğu üçün Bakıdakı xəstəxanaların birinə gedib. Müayinədən keçərək rayona qayıdıb.


Aprelin 9-da kəskin ağrılarla Göyçay rayon Mərkəzi Xəstəxanasına müraciət edən Qoşaq Quliyevə quduz xəstəliyi diaqnozu qoyulub. Bundan bir gün sonra 38 yaşlı  kişi xəstəxanada dünyasın dəyişib. O, iki azyaşlı uşaq atası olub. 


Qeyd edək ki, küçük Qoşqar Quliyevin barmağını dişlədikdən bir neçə gün sonra ölüb. 


Nə düşünürsən?
Loading...