Dəhşətli kadrlar: Goranboyda maşın kişinin üstündən keçdi

  • 11.04.2019
  • 0

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Oxu24.com -un  ONA-ya istinadən   məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboyun Nadirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı Mədətov Mahir Rəfi oğlunun idarə etdiyi "Chery Tiggo" markalı minik maşını orta yaşlı bir kişini vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib. Hazırda piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Avtoqəza ilə bağlı hazırda istintaq araşdırmaları aparılır.

Həmçinin oxu:  İntihar edən Elina ilə bağlı şok faktlar üzə çıxdı - Gecə klubunda məktəblilərin ŞOK FOTOLARı