Humanitar yardım Rəşt şəhərində İran nümayəndə heyətinə təhvil verildi

  • 11.04.2019
  • 0

Humanitar yardım təyinat nöqtəsinə çatdı

İranda aramsız yağışlar nəticəsində baş verən təbii fəlakətlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan hökuməti adından bu ölkəyə humanitar yardım göndərib.

REAL-ın əməkdaşı xəbər verir ki, yardım karvanı artıq  təyinat nöqtəsinə çatıb.

Ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, "Katerpiller", "Komatsu" markalı 2 ədəd ekskavator daxildir.

Nə düşünürsən?