Çində biabırçı olay...

  • 11.04.2019
  • 0

Vençuan şəhərinin bələdiyyə sədri olan siyasətçinin yaxın dostunun 20 illik xanımı ilə eşq yaşadığı üzə çıxıb.

Hadisənin üstü 2016-cı ildə ortaya çıxsa da, onun ictimaiyyətə açıqlanması 2019-cu ildə baş verib.

Hadisənin üzə çıxması isə təsadüfən baş verib. Yanq adlı şəxs səhər evindən çıxaraq işə gedir və təsadüfən evdəki kameraları söndürmür. O, evdən çıxdıqdan az sonra bələdiyyə sədri Liu onun evinə daxil olur və Yanqın xanımı Cui Hua ilə qucaqlaşıb öpüşür.

İşdən evə qayıdan Yanq isə təsadüfən kameraya baxarkən həyatının şokunu yaşayır.

Bu hadisədən sonra, cütlük boşanıb.

Yanq isə bildirib ki, əslində əlində olan videonu yaymaq niyyəti olmayıb. Lakin onun boşadığı xanımı daha sonra bələdiyyə sədri öz nəzarətində olan qurumlardan birinə işə götürüb: “Mən bu qanunsuzluqla bağlı rəsmilərə şikayət etdim, amma şikayətimə baxılmadı. Məqsədim bu iyrənc hadisəyə daha böyük diqqət çəkməkdir”.(teleqraf.com)

Nə düşünürsən?