6 yaşlı qız 26-cı mərtəbədən yıxıldı, qalxıb getdi

  • 10.04.2019
  • 0

6 yaşlı qız göydələndən düşüb, bu barədə EG.ru xəbər yayıb. Uşaq möcüzəvi şəkildə sağ qalan uşağın qolu sınıb.
Çinin Çongqing şəhərində altı yaşlı qız təsadüfən 26-cı mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb, ancaq uşaq möcüzə nəticəsində bu hadisədən yalnız qolunu qırmaqla qurtarıb.

Azyaşlının yıxıldığı anı kameralar tərəfindən qeydə alınıb. Qızcığaz əvvəl motosiklet parkın yumşaq materialdan olan damına düşüb, sora park edilmiş motosikletdən birinin üzərinə yıxılıb. Bir neçə saniyə sonra kiçik Çinli qız ayağa qalxaraq qorxmuş halda uzaqlaşıb.



Bizimyol.info” “Qlobal Times” qəzetinə istinadən bildirir ki, körpə xəstəxanaya aparılaraq müayinə edilib və ona tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətinin sabit olması qəaətində oluqlarını bildiriblər. Körpənin yüksəklikdəki pəncərədən niyə düşdüyünə dair məlumat verilməyib. Ölümdən təsadüf nəticəsində qurtulan uşağın valideynlərin bu hadisəyə reaksiyası da xəbərdə əksini tapmayıb.

“O, bəxti gətirdi ki, parkın damı yumşaq materialla örtülmüşdü və həmin dama düşdü”, – deyə əmlak mülkiyyəti şirkətinin əməkdaşı bildirib.

Şahidlərdən biri etiraf edib ki, gözləri qarşısında 26-cı mərtəbədən “uçan” uşağı görəndə çox qorxub. Növbəti şoku isə kiçik qızın heç bir şey olmamış kimi ayağa qalxıb getdiyini görəndə yaşayıb. “Mən bu mənzərəni görəndə, az qaldı ki, ürəyim dayansın”, -deyə hadisənin şahidi bildirib.

Nə düşünürsən?