“Azəriqaz”dan əhaliyə vacib xəbərdarlıq!

10.04.2019 | 60 | 0

Dövlət qurumunun adından istifadə edib vətəndaşları aldadan dələduzlar peyda olub.

Azərqazın adindan istifadə edən bu şəxslər inandırıcı olmaq üçün hətta saxta akt da trərtşib edirlər. Özü də sayğacın nömrəsi, göstəriciləri, sahə nəzarətçisinin soyadı və telefon nömrələrini qeyd etməklə. Dələduzlarözlərini azərşqazın işçisi kimi təqdim edərək bu yolla vətəndaşları aldadırlar.

Azəriqaz İB-nin mətbuat katibi İbrahim Kərbalayev bildirib ki, qurumun hazırladığı aktlar belə primitiv deyil. Orjinal sənəddə istehlakçı və yaranan problemlə bağlı bütün məlumatlar geniş şəkildə əks edilir. Qurum rəsmisii abunəçiləri diqqətli olmağa çağırıb.

Belə vəziyyətlərlə qarşılaşan vətəndaşlar Azəriqazın 104 və ya 185 saylı qaynar xəttinə məlumat verə bilərlər.


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?
Loading...