Ucarda 2 nəfər torpaq uçqunu altında qaldı

  • 10.04.2019
  • 0

Ucar rayonunda torpaq uçqunu olub.

Hadisə bu gün axşam saatlarında Ucar şəhərinin mərkəzində qeydə alınıb.

Uçqun "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan zaman baş verib. Nəticədə 2 nəfər uçqun altında qalıb. Onlar torpağın altından çıxarılaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Nə düşünürsən?