Yarımfinalda futbolçular əlbəyaxa davaya çıxdılar

  • 10.04.2019
  • 0

Braziliyanın Qoyas ştatında Çempionatın yarımfinal oyunu kütləvi dava ilə yekunlaşıb. Qarşıdurmada oyunçular, məşqçilər və  "Atletiko Qoiyaniense" ilə "Vila-Nova"nın heyəti iştirak edib.

Nəticədə polis müdaxilə etmək məcburiyyətində qalıb. Hüquq mühafizəçilər  ancaq gözyaşardıcı qazdan istifadə etdikdən sonra davanın qarşısını ala biliblər

«Atletiko»nun fotoqrafı dizinin burxulması ilə bağlı xəstəxanaya yerləşdirilib. O, effektiv kadrlar çəkmək istərkən davanın episentrinə düşüb. 

Nə düşünürsən?